19 Avqust 2025 / 08:38

Britaniyada Trampın Zelenski üçün son şansından danışırlar

Yalnız Amerika lideri Donald Trampın şərtlərini Ukrayna prezidenti Vladimir Zelenskinin qəbul etməsi Kiyevi fəlakətdən xilas edə bilər.

Tezadlar.az xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti Zelenskinin son şansından yazıb.

“Trampın sülh sazişi Zelenski üçün ən acı həb olardı. Lakin onun qəbulu Ukraynanın fəlakətli məğlubiyyətdən qaçmaq üçün yeganə şansı ola bilər. Əks halda, bu, demək olar ki, son kapitulyasiyaya gətirib çıxaracaq”, – məqalədə deyilir.

Qeyd olunur ki, Trampın şərtlərinin rədd edilməsi hərbi əməliyyatların davam etdirilməsinə gətirib çıxaracaq və bu, Ukraynaya nikbinlik üçün heç bir əsas vəd etmir.

Qeyd edək ki, daha əvvəl Tramp Ukrayna böhranının həllində çətin məsələlərin olmadığını bildirib. “Heç bir çətin məsələnin olduğunu düşünmürəm”, – o deyib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!