Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Litva və İsrail səfirləri Bakıda Cənubi Qafqazdakı siyasi vəziyyəti və Azərbaycanla tərəfdaşlığı müzakirə ediblər.
“Tezadlar” xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus məlumat verib.
“İsrailin Bakıdakı yeni səfiri Ronen Krausu Litva səfirliyində böyük məmnuniyyətlə salamlayırıq. Regionda cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparmaqdan və Azərbaycan-İsrail strateji münasibətləri haqqında daha çox məlumat əldə etməkdən məmnun oldum. Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm”, – K.Vaşkelyaveçyus yazıb.