19 Avqust 2025 / 20:15

Aİ xarici işlər nazirləri 19-cu Sanksiya Paketini müzakirə edəcəklər

Aİ xarici işlər nazirləri avqustun 28-30-da Brüsseldə qeyri-rəsmi görüşdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə baxacaqlar.

Tezadlar.az xəbər verir ki, bunu X-də Avropa İttifaqının fövqəladə onlayn sammitindən sonra Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas yazıb.

“Rusiyaya qarşı yeni sanksiyalar paketi gələn aya hazır olmalıdır. Mən bu məsələləri gələn həftə Aİ xarici işlər və müdafiə nazirlərinin görüşünün gündəliyinə qoymuşam”, – o yazıb.

Daha əvvəl Ukrayna ilə bağlı diplomatik səylərdən asılı olmayaraq, 19-cu paketin 28-30 avqust tarixlərində keçiriləcək görüşdə nazirlər tərəfindən təqdim ediləcəyi bildirilmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!