Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şimali Atlantika Alyansı avqustun 20-də Ukrayna üzrə Baş Qərargah rəislərinin görüşünün keçiriləcəyini təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“NATO Baş Qərargah rəisləri avqustun 20-də videokonfrans vasitəsilə Ukrayna ilə bağlı görüş keçirəcək”, – mətbuat xidməti bildirib.
Bu barədə daha əvvəl “Reuters” agentliyi mənbələrə istinadən məlumat verib və qeyd edib ki, görüş iştirakçıları Alyaskada Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında danışıqların nəticələri barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç tərəfindən məlumatlandırılacaq. Məsləhətləşmələrdə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirakı gözlənilir.
Aİ liderləri Ukrayna ilə bağlı təcili onlayn sammit keçirib. Onun nəticələrinə görə birgə bəyanat verilməyib.
Avropa Şurasının rəhbəri Antonio Kosta sammitdən sonra bəyan edib ki, Ukraynaya kollektiv təhlükəsizliklə bağlı “NATO-nun 5-ci maddəsinə bənzər” təminatlar verilməli, Ukrayna Silahlı Qüvvələri “Avropanın ilk müdafiə xətti”nə çevrilməli, Ukraynaya ABŞ-ın iştirakı ilə silah və hərbi yardım vurulmalıdır.
Öz növbəsində, Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ-nin Rusiyaya qarşı sanksiyalarını davam etdirəcəyini, 19-cu paketə isə avqustun 28-30-da Aİ xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə baxılacağını açıqlayıb.
E.ŞİRİNOV