20 Avqust 2025 / 09:30

Zelenski ABŞ-dakı danışıqlarda çıxışı ilə az qala Trampı qəzəbləndirdi

Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyevin prioritetlərini ətraflı sadalamağa başlayanda Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı az qala qəzəbləndirdi.

Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, Zelenski ABŞ prezidenti və Avropa ölkələrinin nümayəndə heyətləri qarşısında çıxışı zamanı dinləyiciləri, xüsusən də Trampı qıcıqlandırmağa başlayan Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyev rejiminin ilkin şərtlərini sadalayıb.

Bildirilir ki, Vaşinqton administrasiyasının rəhbəri Ukraynanın mövqeyini müzakirə etməkdə maraqlı olmayıb.

“The Guardian” yazır ki, Tramp Zelenskinin sözünü kəsərək onu tələsdirməyə çalışıb. Lakin Zelenski çıxışını sürətləndirmək cəhdlərinə məhəl qoymadı. Sonda o, tələm-tələsik məruzəsini bitirib, daha sonra sözü NATO-nun baş katibi Rutteyə verib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!