20 Avqust 2025 / 09:59

Tramp özünü müharibə qəhrəmanı adlandırır

ABŞ prezidenti Donald Tramp özünü və baş nazir Benyamin Netanyahunu “müharibə qəhrəmanı” hesab etdiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

“Netanyahu yaxşı insandır, döyüşür. O, müharibə qəhrəmanıdır, biz birlikdə çalışmışıq. Düşünürəm ki, mən də qəhrəmanlıq eləmişəm. Mən o təyyarələri göndərmişəm”, – Amerika lideri iyun ayında İranın nüvə obyektlərinə hava zərbələri endirmək əmrinə istinad edərək qeyd edib.

Məqalə müəllifləri qeyd edirlər ki, Tramp heç vaxt döyüşlərdə iştirak etməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!