İran rəsmiləri bildiriblər ki, Xəzər dənizinin adını yəhudilər qoyublar və oranın adını dəyişib Mazandaran gölü qoyaq. Tədqiqatçı Zaur Əliyev bu məsələyə dair maraqlı şərh verib: “…Xəzər dənizi haqqında ilkin məlumatlar eramızdan əvvəl IX əsr Assuriya mənbələrinə aiddir. Qədim assuriyalılar bu dənizi “Gündoğan dəniz” adlandırmışlar. E. ə. V əsrdə yunan müəllifləri Hekatey Miletli və Herodot bu dənizi Kaspi və Hirkan dənizi adlandırmışlar. Min ildən artıq dövrdə bu iki ad ən işlək adlar olmuşdur. 70 -dən çox əlyazmalarda, qaynaq və mənbələrdə Xəzər dənizinin adı müxtəlif cür çəkilir. Lakin Mazandaran adı İran 19-cu əsrdən bəri istifadə edir. Real olaraq isə , VI əsrdən başlayaraq dənizin şimal-qərb sahillərində Xəzər xaqanlığı mövcud olub ki, Şərq ölkələrində və bir sıra Avropa ölkələrində bura Xəzər dənizi adlandırılmışdır.
IX əsrdə ərəb coğrafiyaçısı və səyyahı İstəxəri yazırdı: “Hövzeyi-bəhru-əl Xəzərin bir nöqtəsindən çıxıb onun sahili boyu hərəkət etməklə, yenə həmin nöqtəyə qayıtmaq olar”. Ona görə də İranın bu mövqeyini oxuyanda bir Pers məsəli yadıma düşdü:
“Özgəyə it hürər, bizə Mazandaran çaqqalı””.