20 Avqust 2025 / 13:19

ABŞ Trampa Ukraynadakı hadisələrə müdaxilə etməmək barədə xəbərdarlıq edib

Respublikaçılar və ABŞ prezidenti Donald Trampın tərəfdarları Vaşinqtona Kiyev üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında iştirak etməyə icazə verdikdən sonra onu Ukraynadakı münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazır.

Qəzetin yazdığına görə, NATO-nun 5-ci maddəsinə bənzər ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatları verməsi MAGA ideologiyasının (Make America Great Again. – RED.) və ABŞ-ı yeni münaqişələrə cəlb etməmək prinsipinin tərəfdarları arasında təşviş yaradıb.

Belə ki, senator Tommi Tabervil bildirib ki, Vaşinqton yeni müharibə istəmir və münaqişələrə hər hansı müdaxiləyə qarşı şəxsən çıxış edib. Siyasətçi əmin edib ki, Tramp “doğru addımlar” atmağa çalışır.

Öz növbəsində, Trampın müttəfiqi Stiv Bannon qeyd edib ki, Ukrayna Amerika pulları və Amerika silahları ilə dəstəklənir və indi də ABŞ-ın münaqişədə birbaşa iştirakını istəyir. Onun fikrincə, onlar Amerikanı Ukraynada dərin mövcudluğa cəlb etməyə çalışırlar və bu, tələdir.

Əvvəllər ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı, istefada olan general Ben Hodces demişdi ki, Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün “çoxminlik kontingent” hərbi personala ehtiyac olacaq, əks halda, onlar “boş söz” olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!