20 Avqust 2025 / 20:56

Kolumbiyalı müdafiəçi 8 milyon avroya Rusiyaya gedir

Rusiyanın “Spartak” klubu “Qalatasaray” ilə müdafiəçi Karlos Kuestanın transferi barədə razılığa gəlib.

Tezadlar.az xəbər verir ki, transferin məbləği 8 milyon avro təşkil edəcək. Avqustun 21-də 26 yaşlı kolumbiyalı futbolçu Rusiyaya yola düşəcək və tibbi müayinədən keçəcək.

Kuesta 2025-ci ilin fevral ayından “Qalatasaray”da çıxış edir. Bu müddət ərzində müdafiəçi bütün turnirlərdə 9 oyuna çıxıb və məhsuldar hərəkətlərlə (qol və ya assist) fərqlənməyib.

Daha əvvəl futbolçu “Genk” və “Atletiko Nasional” komandalarında oynayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!