22 Avqust 2025 / 09:10

“Biz hər an müharibəyə hazır olmalıyıq, çünki…”

Prezident İlham Əliyev Kəlbəcərdə sakinlərlə götüşündə dedi:

-Ölkəmizə ən müasir pilotsuz uçuş aparatları, yeni artilleriya sistemləri gətirilib. Yeni döyüş təyyarələrinin alınması ilə bağlı müqavilələr imzalanıb, mövcud olanlar tamamilə modernləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq, çünki dünyada hadisələrin gedişatı elədir ki, sabah nə olacağını proqnozlaşdırmaq mümkün deyil. Təhlükəsizliyimizin qarantı özümüz, dövlətimiz, xalqımız və Silahlı Qüvvələrimizdir. Ona görə də kiminsə xəstə başında Azərbaycana qarşı hansısa təxribat törətmək fikri yaranarsa, hesab edirəm ki, yenə peşman olacaqlar. Bundan sonra biz qalib millət, qalib dövlət kimi yaşayacağıq…

XXX

Bəli, Qarabağ sözün bütün mənalarında Azərbaycandır! Özü də qalib Azərbaycan!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!