Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada və bütün Avropada təhlükəsizliyin təmin edilməsi ilə bağlı növbəti birgə addımları müzakirə ediblər.
“Tezadlar” xəbər verir ki, bu barədə Zelenski “X” hesabında yazıb.
Onun sözlərinə görə, tərəflər diplomatik səyləri, təhlükəsizlik zəmanətlərini və Ukraynaya hərbi yardımı müzakirə ediblər.
“Artıq tərəfdaş maliyyələşdirməsi hesabına ABŞ silahlarının alınmasına imkan verən PURL proqramı fəaliyyət göstərir. Hazırda Ukrayna Avropa ölkələrindən 1,5 milyard dollar alıb” – o bildirib.
Prezident əlavə edib ki, Kiyev bu proqram çərçivəsində daha çox vəsait cəlb etməyi planlaşdırır.
Ukrayna tərəfi müttəfiqlərinə təşəkkürünü bildirib və tərəfdaşların dəstəyinin davam etdirilməsinin vacibliyini vurğulayıb.