Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyə üstünlük verəcəyini bildirib.
“Tezadlar” xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“Baxarıq, görək Putin və Zelenskinin birlikdə işlədiyini görəcəyikmi?… Bilirsiniz, onlar bir az yağ və sirkəyə bənzəyirlər. Məlum səbəblərə görə bir-biri ilə çox da yaxşı anlaşmırlar, amma baxacağıq”, – Tramp deyib.
ABŞ Prezidentinin sözlərinə görə, müəyyən məsələlərə aydın gələndən sonra onun görüşdə iştirak edib-etməyəcəyi bəlli olacaq.
Mən getməməyi üstün tuturam. Daha yaxşı olardı ki, onlar görüşsünlər və bunu necə bacaracaqlarına baxsınlar. Amma bu arada onlar müharibəni davam etdirirlər və insanları öldürməyə davam edirlər, bu, axmaqlıqdır, çünki onlar indi həftədə 7 min insan itirirlər”, – Tramp vurğulayıb.
Amerika lideri buna görə müharibəni dayandırmağa səylər göstərdiyini bildirib: “Yeddi müharibəni dayandırmışam. Bunu etmək istərdim. Düşündüm ki, bu, orta çətinlikdə bir məsələ olacaq. Amma ən çətini elə bu oldu”, – o əlavə edib.