23 Avqust 2025 / 11:02

O, Trampın davranışından danışıb

Uşaqlara təcavüzdə ittiham olunan maliyyəçi Ceffri Epşteynin keçmiş köməkçisi Qisleyn Maksvell dindirmə zamanı ABŞ-ın hazırkı prezidenti Donald Trampın heç vaxt nalayiq davranışı görmədiyini deyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

“Mən prezidenti heç vaxt nalayiq şəraitdə görməmişəm. Onun ətrafında olduğum müddətdə prezident heç vaxt heç kimlə nalayiq rəftar etməyib. O, hər cəhətdən centlmen olub”, – qəzet dindirmələrin stenoqramlarına və səs yazılarına istinadən Maksvelldən sitat gətirir.

“WP”-nin məlumatına görə, Maksvell ABŞ-ın keçmiş prezidenti Bill Klinton da daxil olmaqla heç bir məşhur şəxsin əleyhinə ifadə verməyib. Eyni zamanda, Qisleyn Epşteynində “müştəri siyahısı”na bənzər bir şeyin olmadığını da söyləyib.

Nəşr bildirir ki, sorğu-sualdan az sonra məhbus daha yüngül şəraitdə olan həbsxanaya köçürülüb.

İyul ayında Amerika mediası Tramp və Epşteynin 15 ildir yaxın dost olduqlarını və müntəzəm olaraq birlikdə vaxt keçirdiklərini yazmışdı. Onlar 1990-cı ildə, maliyyəçi Mar-a-Laqo yaxınlığında daşınmaz əmlak aldıqda tanış olublar. 2004-cü ildə daşınmaz əmlak üstündə yaranan mübahisə səbəbindən dostluqlarına son qoyublar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!