25 Avqust 2025 / 15:17

“BANM adı artıq Azərbaycanda tam Təhsil Brendinə çevrilib” – Elmar Qasımov

Bu ilin qəbul nəticələri də hər il olduğu kimi, Bakı Ali Neft Məktəbi (BANM) üçün çox uğurlu oldu. Bütün ixtisaslarımızın ( dövlət sifarişli ) keçid balları möhtəşəm idi.  Güclü rəqabətə baxmayaraq, 600 + bal toplayanların arzusu yenə BANM – dır.
Tezadlar.az  xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bildirib.
“Qürurlandırıcı fakt ondan ibarətdir ki, biz öz yerli təhsilimiz ilə Azərbaycanda fəaliyyət göstərən birgə Türkiyə, İtaliya, Fransa Universitetlərindən daha çox gənclərin arzuladığı ali məktəb statusunu qoruduq.
Xüsusilə yeni açılan Data analitika və Maliyyə ixtisaslarına olan yüksək ballar sübut edir ki, BANM adı artıq Azərbaycanda tam Təhsil Brendinə çevrilib.
Bizi seçən, bizə öz gələcəyini etibar edən gənclərimizi, onların valideyn və müəllimlərini əmin edirəm ki, bizə olan etibarınızı və etimadınızı doğruldacağıq.
Yarandığı gündən bu yüksək nəticəni qorumaq, bu etibarın ən böyük göstəricisidir”, – deyə rektor qeyd edib.
Təqdim etdi: JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!