27 Avqust 2025 / 06:23

ABŞ Trampın Ukraynanı maliyyələşdirməkdən imtina etmək qərarını belə izah edib

ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor ABŞ prezidenti Donald Trampın Ukraynanı maliyyələşdirməkdən imtina etmək qərarını şərh edib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “Deep Dive” YouTube kanalında danışıb.

Makqreqorun sözlərinə görə, Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə sülh bağlamaq lazım olduğunu göstərmək üçün Ukraynanı maliyyələşdirməkdən imtina edib.

“Tramp münaqişənin hər iki tərəfi üçün sülh və firavanlıq istəyir, ona görə də o, Zelenskiyə Ukraynanın indi elə bir vəziyyətdə olduğunu bildirib ki, Rusiya ilə danışıqlar aparmalı olacaq. Əks halda, bunun nəticələri olacaq”, – ekspert izah edib.

Bundan əvvəl Tramp Ukraynanı maliyyələşdirməyi dayandırmaq qərarına gəlib.

“Mən vurğulamaq istəyirəm ki, biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, lakin biz müharibəni dayandırmağa çalışırıq”, – o qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!