Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünən Rusiyanın Ryazan vilayətində “Ryazan-Moskva” magistral neft kəmərində güclü partlayış baş verib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr belə məlumat verib. Bildirilib ki, partlayışdan sonra kəmərdə iri miqyaslı yanğın qeydə alınıb. Hadisə yerində güclü səsin eşidildiyi barədə Ryazan şəhəri ilə bağlı sosial şəbəkə paylaşımlarında da məlumatlar yer alıb. Bir neçə saatdan sonra əraziyə fövqəladə xidmət briqadaları cəlb olunaraq yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb. Qeyd edək ki, “Ryazan-Moskva” kəməri paytaxt Moskvanı neft məhsulları ilə təmin edən əsas infrastruktur xətlərindən biridir.
Rusiyaya məxsus sosial şəbəkə istifadəçiləri isə bu partlayışı qeydə alan videokadrlar paylaşmaqdadır.