Əsas məzmuna keç

39 yaşlı dünya çempionu Raul Albiol A Seriyasına qayıdır

Yayda İspaniya təmsilçisi “Vilyarreal”la müqaviləsinin müddəti başa çatan Raul Albiol karyerasını İtaliyada davam etdirə bilər.

“Tezadlar” “Football Italia”ya istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi A Seriyasının debütantı “Piza” ilə anlaşıb.

İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan futbolçunun “Piza”ya keçidinin yaxın günlərdə açıqlanacağı bildirilir.

Qeyd edək ki, R.Albiol karyerası ərzində ölkəsində “Valensiya”, “Xetafe”, “Real” kimi klublarda çıxış edib.  O, 2013-2019-cu illərdə “Napoli”nin (İtaliya) şərəfini qoruyub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…