28 Avqust 2025 / 22:56

Böyük Britaniya, Almaniya və Fransa İrana qarşı sanksiyaların bərpasına başlayıb

Avqust ayında BMT Təhlükəsizlik Şurasında sədrlik edən Panama təsdiqləyib ki, Böyük Britaniya, Almaniya və Fransa Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsindən sonra İrana qarşı sanksiyaların bərpası prosesini başladıblar.

“Tezadlar” xəbər verir ki, bu barədə Panamanın BMT-dəki daimi nümayəndəliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.

“Bəli, onlar “snapback” mexanizminin tətbiqi ilə bağlı rəsmi bildirişin əks olunduğu məktub göndəriblər”, – o qeyd edib.

Xatırladaq ki, avqustun 27-də “Avropa üçlüyü”nün xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubionu İrana qarşı “snapback” mexanizminin tətbiq edilməsi qərarı barədə məlumatlandırıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!