Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan TGRT Haber telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio ilə Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi məsələsini müzakirə etdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, XİN rəhbərinin sözlərinə görə, Türkiyə bu məsələdə əsas rol oynayır. O, Türkiyənin mövzunun onsuz müzakirə olunmasını istəmədiyini vurğulayıb.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı fikirlərini açıqlayıb. O qeyd edib ki, gələn həftə təhlükəsizlik zəmanətlərinin bütün konfiqurasiyası “kağız üzərində təqdim olunacaq” və Ərdoğan Türkiyənin müdafiə nazirini prosesə cəlb edəcəyinə söz verib.
E.ŞİRİNOV