29 Avqust 2025 / 06:51

“Vostok” qruplaşması USQ-nin dörd “Starlink” stansiyasını vurub

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri (USQ) “Vostok” qüvvələr qrupunun məsuliyyəti zonasında dörd “Starlink” peyk rabitə stansiyasını və 12 pilotsuz uçan aparat idarəetmə məntəqəsini itirib.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə qrupun mətbuat mərkəzinin rəhbəri Aleksey Yakovlev məlumat verib.

“Starlink”in 4 peyk rabitə stansiyası və 12 pilotsuz uçuş aparatının idarəetmə məntəqəsi məhv edilib”, – Yakovlev bildirib.

O xatırladıb ki, son sutka ərzində Ukrayna 240-a qədər hərbçi, 7 texnika və 2 səhra artilleriya qurğusu, o cümlədən ABŞ istehsalı olan 155 mm-lik M198 haubitsasını itirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!