29 Avqust 2025 / 15:53

Trampın başına faciə gələrsə prezident olmağa hazıram – Vens

ABŞ-ın vitse-prezidenti J.D.Vens bildirib ki, əgər Donald Tramp prezidentlik müddətini başa vura bilməyəcəksə, o, vəzifəsini yerinə yetirməyə hazırdır.

“Mən tam əminəm ki, Birləşmiş Ştatların prezidenti yaxşı vəziyyətdədir, səlahiyyət müddətini başa vuracaq və Amerika xalqı üçün böyük işlər görəcək. Əgər Allah göstərməsin, dəhşətli faciə baş versə, mən son 200 gündə yaşadığımdan daha yaxşı təcrübə təsəvvür edə bilmərəm”, – Tezadlar.az xəbər verir ki, o, “USA Today”-ə deyib.

“Axios” daha əvvəl bildirmişdi ki, respublikaçılar Vensi 2028-ci ildə prezidentliyə namizəd kimi nəzərdən keçirirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!