Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış Formula 1 yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Halqası məlumat yayıb. Tezadlar.az xatırladır ki, məhdudiyyətlər sentyabrın 19-dan 21-dək keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq. Sürücülərdən hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.