Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş vermiş 6 bal gücündə zəlzələ azı 300 nəfərin həyatına son qoyub. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, ABŞ Geoloji Xidməti 6 bal gücündə zəlzələnin ölkənin Pakistanla sərhədi yaxınlığında baş verdiyini açıqlayıb. Cəlalabaddan 27 kilometr şimal-şərqdə baş vermiş zəlzələ yerin 8 kilometr dərinliyində qeydə alınıb. Yerli mətbuat zəlzələ nəticəsində azı 300 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını açıqlayıb. Zəlzələ bölgəsinə xilasedicilər cəlb edilib.