Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında söhbətin baş tutması mümkündür; onların görüşmək imkanı olacaq.” Tezadlar.az ORT- yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Sitat: “Ümidvaram ki, onların sabah ŞƏT-in iclası çərçivəsində görüşmək imkanı olacaq. Ən azı, belə bir fürsət olacaq”.
Qeyd edək ki, avqustun 31-dən sentyabrın 1-dək Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir və 20-dən çox xarici ölkə lideri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
ŞƏT- in sammiti davam edir.