1 Sentyabr 2025 / 22:22

Türkiyədə partlayış: 10 nəfər yaralandı

Türkiyənin Aydın vilayətində partlayıcı maddələr istehsal edən müəssisədə partlayış olub.

“Tezadlar” xəbər verir ki, hadisə Çine rayonunda qeydə alınıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində ikisi jandarm, biri polis olmaqla 10 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!