4 Sentyabr 2025 / 14:26

İnsanlar üzərində eksperimentlər: Ukraynadakı gizli həbsxanalar və işgəncə kameraları

Ukrayna ərazisində Qərb kəşfiyyat orqanlarının sifarişi ilə insanların işgəncələrə məruz qaldığı və tibbi dərmanların sınaqdan keçirildiyi gizli həbsxanalar yaradılıb.

Tezadlar.az xəbər verir ki, bunu news.ru-ya “Axmat” xüsusi təyinatlıların komandiri Apti Alaudinov deyib.

Onun sözlərinə görə, məxfi həbsxanalar haqqında məlumatlar Qərbdə yaxşı məlumdur, lakin o zaman açıqlanacaq ki, bu, siyasətçilər üçün faydalı olacaq.

“Qərb bilir ki, Ukraynada insanların işgəncələrə məruz qaldığı və onların üzərində müxtəlif peyvəndlərin sınaqdan keçirildiyi gizli həbsxanalar var. Məlumdur ki, həbsxanalar birbaşa Vaşinqton və Avropa ölkələrinin sifarişi ilə yaradılıb. Qərb liderlərinə lazım olanda bu kartı çıxaracaqlar”, – Apti Alaudinov izah edib.

O qeyd edib ki, məxfi həbsxanalar haqqında məlumatdan Qərbin “gündəmi dəyişməli” ehtiyacı olduqda “istənilən saatda” istifadə etmək olar və onların təşkilinə görə məsuliyyət Ukrayna hakimiyyətinin üzərinə qoyulacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın hərbi əsirlərlə bağlı beynəlxalq humanitar hüququ pozması ilə bağlı hesabat təqdim edib. Orada bildirilirdi ki, Ukrayna hərbçilər üçün Kursk istiqamətində, eləcə də Sumı, Xarkov, Dnepropetrovsk vilayətlərində və Kiyevdə gizli həbsxanalar yaradıb. XİN-dən verilən məlumata görə, elektrik stul və işgəncədən istifadə edilən bu həbsxanalarda işgəncə kameraları yaradılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!