5 Sentyabr 2025 / 07:30

Pentaqon Venesuelanın təxribat xarakterli addımını açıqlayıb

İki Venesuela hərbi təyyarəsi beynəlxalq sularda olan ABŞ gəmisinin yaxınlığında uçub.

Tezadlar.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Müdafiə Nazirliyi qeyd edib ki, təyyarə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinin yaxınlığında uçub.

“Bu son dərəcə təxribatçı addım bizim narkotiklərlə mübarizə əməliyyatlarımıza müdaxilə etmək məqsədi daşıyırdı”, – Pentaqon vurğulayıb.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolin Levitt ABŞ prezidenti Donald Trampın Venesueladan narkotik qaçaqmalçılığı ilə mübarizədə ABŞ-ın bütün hərbi gücündən istifadə etməyə hazır olduğunu bəyan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!