6 Sentyabr 2025 / 21:55

Ukraynanın PUA-ları Zaporojye AES-in təlim mərkəzinə hücum edib

Ukrayna ordusu pilotsuz təyyarələrdən istifadə edərək Zaporojye AES-in təlim mərkəzinə hücum edib. Zərbə “G” binasının damına dəyib.

Tezadlar.az xəbər verir ki, bu barədə Zaporijye AES Telegram kanalı məlumat yayıb.

“Zərbə enerji blokundan 300 metr aralıda həyata keçirilib. Yanğın və kritik dağıntıların qarşısı alınıb. Zaporojye AES-in təhlükəsiz istismarı üçün məhdudiyyətlər və şərtlər pozulmayıb. Radiasiya fonu normaldır. AES adi qaydada fəaliyyətini davam etdirir”, – məlumatda deyilir.

Həmçinin, qeyd edilib ki, hücum nüvə alimlərinə təzyiq strategiyasının elementidir. “Enerqodar və ona yaxın ərazilərə hücumlar intensiv və davamlı olaraq davam edir. Elə bu gün düşmən şəhərin 1-ci mikrorayonunu atəşə tutub və elektrik xətlərini bərpa edən elektrik montyorlarından ibarət dəstənin avtomobilinə qəsdən hücum edib”, – məlumatda vurğulanır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!