Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nikol Paşinyan və İlham Əliyev Vaşinqtonda sülh bəyannaməsini imzaladıqdan sonra İrəvan Bakıdan Nikol Paşinyan üçün öz hava məkanından istifadə etmək üçün icazə istəyib və razılıq alıb. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat paylaşıb. O bildirib ki, xaricə səfəri çərçivəsində Nikol Paşinyanın təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanından istifadə edib, sentyabrın 6-da isə gecə Azərbaycan hava məkanı vasitəsilə geri qayıdıb. “Biz bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəliləməsi və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində praktik addım kimi qiymətləndiririk”, – deyə o qeyd edib.