Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa ölkənin Nazirlər Kabinetinin binasında Rusiya tərəfindən “zərər çəkdiyi” iddia edilən yanğından sonra “ciddi eskalasiya”nın olduğunu açıqlayıb.
Tezadlar.az xəbər verir ki, yazı onun sosial şəbəkəsindəki səhifəsində yer alıb.
“Rusiya genişmiqyaslı müharibə başlayandan bəri ilk dəfədir ki, Ukraynanın Kiyevdəki hökumət binasına ziyan vurdu. Təkcə bu, ciddi eskalasiyadır. Ən böyük sinizm odur ki, bu qəddar hücumlar məhz prezident Trampın sülhə nail olmaq üçün hər cür səy göstərdiyi anda baş verir”, – Sibiqa yazıb.
O, beynəlxalq ictimaiyyəti Moskvaya təzyiqləri artırmağa və Rusiyadan enerji resursları almağı dayandırmağa çağırıb. Bundan əlavə, Ukrayna xarici işlər naziri Rusiya Federasiyasına qarşı yeni sərt sanksiyaların tətbiqinə və Ukraynanı gücləndirmək üçün tədbirlərə çağırıb. O hesab edir ki, “gözləmək nəticə verməyəcək”.
Bundan əvvəl Ukraynanın “Public” telekanalı Kiyevdə Nazirlər Kabinetinin binasında yanğının baş verdiyi barədə məlumat yayıb. Bundan sonra Ukraynanın baş naziri Yuliya Svırıdenko Kiyevdə pilotsuz təyyarənin şəhərə hücumundan sonra ölkə hökumətinin binasında yanğının baş verdiyini təsdiqləyib.
E.ŞİRİNOV