8 Sentyabr 2025 / 08:30

Zelenski Putini yalançı adlandırdı və…

Kiyev şəhəri və ətraf ərazilər sentyabrın 7-də Rusiya tərəfindən ilk dəfə idi ki, ən çox PUa və raket hücumuna məruz qalmışdır… Elə buna görə dı “Tərəfdaşlarımızın Rusiyanın hücumlarına geniş reaksiya verməsi vacibdir”,- deyən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın paytaxt Kiyev daxil olmaqla, bir sıra şəhərlərə təşkil etdiyi kütləvi hücumlara dair “Telegram” kanalında etdiyi paylaşımda bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenski deyib ki, Rusiya bu hücumlarla Ukraynanı daha çox əzməyə səy göstərir. Sitat: “Bu, Putinin dünyanı sınağa çəkməsinin açıq göstəricisidir. O görmək istəyir ki, bunu qəbul edəcəklərmi, yoxsa dözəcəklərmi. Məhz buna görə də liderlərin, dövlətlərin və beynəlxalq qurumların bəyanatlarının Rusiyaya qarşı sanksiyalarla, Rusiya ilə əlaqəli şəxslərə qarşı tədbirlərlə, sərt tariflər və digər ticarət məhdudiyyətləri ilə müşayiət olunması vacibdir”.

Ukrayna Prezidenti qeyd edib ki, Putin danışıqları istəmir, açıq şəkildə bundan yayınır, buna görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemləri atəşkəsə və ya liderlər səviyyəsində görüşə razılaşmaqdan imtinanın məntiqli cavabıdır.

Tramp isə artıq Putinin sözlərinə və sülh sazişi razılığına inanmadığını ifadə edub, bununla beləş o, yenə də sülhün əldə ediləcəyinə inamını itirməyib.

Ramiz Əhmədoğlu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!