Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq Qalereya və Ankara Rüzgarı Dərnəyinin birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycan rəssamlarının iştirakı ilə layihə rəhbəri Aygün Əzizovanın olduğu “Bir millət, iki dövlət” adlı qrup sərgisi təşkil olundu.
TEZADLAR.AZ xəbər verir ki, sərgidə müxtəlif yaş qruplarında 80 rəssam iştirak edirdi.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxışı zamanı Bakının işğaldan azad olmasında Nuri Paşanın rəhbərliyi ilə Azərbaycanda döyüşən Qafqaz İslam Ordusunun xidmətindən, türk şəhidlərinin şərəfinə Azərbaycanın müxtəlif bölgələrində olan “Türk Şəhidliyi” abidələrindən, bu günə qədər yüksək səviyyədə davam edən Azərbaycan-Türkiyə qardaşlığından söz açdı.
Elnurə xanım illərdir Türkiyə səfirliyi ilə birgə Aygün Əzizovanın qardaşlıq layihələrinin yüksək səviyyədə təşkilindən, rəssamların rayonlarda olan Türk Şəhidliklərinə etüd təşkil olunduğunu və sonda əsərlərin Nuru Paşa salonunda sərgiləndiyini bildirdi. Sonda iştirakçı olan bütün rəssamlara uğurlar arzulayaraq sözü layihə rəhbəri Aygün Əzizovaya verdi. Aygün xanım çıxışında 2 ildir Ankara Rüzgarı Dərnəyinin rəhbəri Hatice Erdi ilə bu sərgiyə hazırlaşdıqlarını bildirdi. Sərginin möhtəşəm alındığı üçün təşkilatçılığa dəstək olan bütün qurumlara və iştirakçı olan rəssamlara təşəkkür edərək vurğuladı ki, müxtəlif ölkələrlə olan sərgi layhələrin də məqsədi Azərbaycan mədəniyyətinə, incəsənətinə töhfələr verməkdi.
O, sonra çıxış üçün sözü Ankara Rüzgarı Dərnəyinin rəhbəri Hatice Erdiyə , Remziye Kurttürkə, Selma Akyüzə , Mücella Ersoya verdi. Türkiyədən öz əsərləri ilə sərgidə iştirak edən rəssamlar yüksək səviyyədə qarşılanma, təşkilatçılığın çox yüksək səviyyədə olduğunu bildirdilər. Əməkdaşlığın məmnuniyyətlə davam edəcəyini bildirdilər.
Sərgiyə dəstək olaraq “NN Sweet” Şokolad Şirkətinin rəhbəri Nailə Rüstəmova xüsusi şokalad hədiyyələri ilə iştirak edirdi.
Sonda iştirakçılara sərgidə iştirak diplomları təqdim edildi, xatirə şəkilləri çəkildi.
Bu sərgi təkcə sənət nümayişi deyildi – tarixə hörmət, mədəniyyətə sevgi və iki qardaş xalqın birliyinin simvolu idi.
AYGÜN