Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti yayıb
FTX əməkdaşları Stavropol diyarında terror aktları hazırlayan Azərbaycan vətəndaşını saxlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (ÇXR) məlumat yayıb.
“Stavropol diyarında Rusiya Federasiyası ərazisində qadağan olunmuş Ukrayna terror təşkilatına fəal şəkildə qoşulmuş, onun rəhbərlərinin göstərişi ilə təxribat və terror aktları törətmək üçün nəzərdə tutulmuş bir sıra obyektlərə, o cümlədən, şəhər hüquq-mühafizə orqanlarının inzibati binalarına və nəqliyyat və mühafizə orqanlarına ətraflı kəşfiyyat aparan Azərbaycan vətəndaşı saxlanılıbl”, – FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
FTX-nın məlumatına görə, o, əldəqayırma partlayıcı qurğuların hazırlanması, gizləndiyi yerdə yerləşdirilməsi üçün zəruri olan komponentləri və vurucu elementləri əldə edib və sonradan Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələrində xidmət zamanı əldə etdiyi bilik və bacarıqlardan istifadə edərək, terror aktları üçün bir neçə partlayıcı qurğu yığmaq niyyətində olub.
İstintaq zamanı ondan Ukrayna terror təşkilatının maraqları naminə qanunsuz fəaliyyətini ifşa edən məlumatlar olan partlayıcı qurğuların hazırlanması üçün komponentlər, rabitə avadanlığı və elektron yaddaş qurğuları götürülüb.
Faktla bağlı FTX-nin Stavropol diyarı üzrə İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsi, 205-ci (terror aktına hazırlıq) ilə cinayət işi açıb.
E.ŞİRİNOV