Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çinin Arctic LNG 2 layihəsindən ilk yükü bu ilin avqustunda gəlib
Çin Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) müntəzəm idxalı sistemini qurur. Bu, ABŞ prezidenti Donald Tramp administrasiyasının Kremlin gəlirlərini azaltmaq səyləri çərçivəsində Pekini cəzalandırmaq istəyini yoxlayacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Avqustun sonunda Moskvanın Arctic LNG 2 layihəsindən ilk qaz nəqlini alan Çin Rusiyadan daha çox həcmdə sanksiyaya məruz qalmış LNG-ni qəbul edir. Pekin bu məqsədlə ölkənin cənubundakı Beihai terminalını seçib. Mənbələrin bildirdiyinə görə, alışlar az tanınan şirkətlər vasitəsilə həyata keçirilir. Bu faktiki son istifadəçini gizlətmək üçün nəzərdə tutulub.
Bu arada, Çin idxalçıları, xüsusən də dövlətə məxsus CNOOC bu ticarətlə əlaqəli olmamaq və ABŞ sanksiyalarına məruz qalmamaq üçün müntəzəm daşımaların marşrutunu dəyişdirir.
Rusiya-Çin münasibətləri – son xəbərlər
Xatırladaq ki, Arctic LNG 2 layihəsindən Çin üçün ilk partiya Vladimir Putinin Çin lideri Si Cinpinlə görüşü ərəfəsində gəlib. Bu, analitiklər tərəfindən əsasən simvolik jest kimi qəbul edilib.
Çatdırılmaları qəbul etməyə davam etməklə Pekin dünyaya daha aydın siqnal göndərir və eyni zamanda Moskva ilə Vaşinqton arasında yeni qarşıdurmaya çəkilmək riski daşıyır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası artıq Hindistanı Kremllə neft alverinə görə tənqid etsə də, Pekin indiyədək bu cür ittihamlardan yayınıb.
Xatırladaq ki, Arctic LNG 2 2023-cü ildə ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasına sanksiya tətbiq edildikdən sonra alıcı tapmaqda çətinlik çəkmişdi. Şirkət “kölgə donanması” adlanan gəmilərdən istifadə edərək LNG tədarük etməyə başlayıb.
E.ŞİRİNOV