Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Qırğızıstan Avropa ölkələrindən gələn milyonlarla turist üçün əlçatan olacaq
“Qırğızıstan aviasiya sahəsində beynəlxalq səviyyədə inamlı addımlar atır. Aİ-nin qara siyahısından çıxmağın son mərhələsinə qədəm qoyduq”.
TEZADLAR.AZ xəbər verir ki, bunu Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov “Narın” və “Kazərman” hava limanlarının açılış mərasimində deyib.
Onun sözlərinə görə, oktyabrın 7-də Qırğızıstanın Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti Brüsseldə Avropa Komissiyası ilə mühüm görüş keçirəcək.
“Sonra yekun audit 2025-ci ilin dekabrında baş tutacaq. Beləliklə, biz 2006-cı ildən Qırğızıstan Respublikasına bağlı olan Avropa səmasının yenidən açılacağına qəti inanırıq. Hava limanlarımız 20 il Avropa ölkələrinə bağlı idi, indi inşallah yenidən açılacaq. Bu o deməkdir ki, respublikamız Avropa ölkələrindən gələn milyonlarla turist üçün əlçatan olacaqdır. Qırğızıstan təmiz təbiəti, qədim mədəniyyəti və yeni istiqamətləri yüksək qiymətləndirən böyük bazara daxil olacaq”, -deyə dövlət başçısı bildirib.