“Yatan sürücü faciəsinin qarşısını peşəkar sürücülər alıblar”. DİN-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bir neçə dəqiqə əvvəl belə bir status paylaşıb: “Əgər bizim sürücülərin sürət həddi yüksək olsaydı nə baş verəcəkdi? Sentyabrın 7-də, saat 16:30 radələrində Bakı–Qazax yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində “Mercedes” markalı yük avtomobilinin iştirakı ilə qəza baş verib. Türkiyə vətəndaşı, 2002-ci il təvəllüdlü Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasındakı maneələrə çırpılıb, daha sonra qeyri-yaşayış obyektinə daxil olub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın səbəbi sükan arxasında yatan sürücünün diqqətin itməsi olub”.
Bu da həmin qəzanın videosu: