8 Sentyabr 2025 / 17:10

Arnold Şvartseneggerin oğlu Patrik evləndi

Arnold Şvartseneggerin oğlu, 31 yaşlı aktyor Patrik Şvartsenegger 28 yaşlı model Ebbi Çempionla ailə həyatı qurub.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük 2015-ci ildən münasibətdədir və 2023-cü ildə nişanlandığını açıqlamışdı.

Patrikin “Ağ lotus” serialının üçüncü mövsümündə iştirakı səbəbindən toy mərasimi müəyyən müddət təxirə salınsa da, nikah mərasimi yaxın günlərdə baş tutub.

Məlumata əsasən, toy Aydaho ştatında yerləşən klublardan birində, səs-küysüz və yalnız yaxın dostların iştirakı ilə keçirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!