8 Sentyabr 2025 / 22:24

Almaniya kansleri: ABŞ ilə münasibətlər dəyişir, ÜTT işləmir

Almaniya kansleri Fridrix Merts Avropa üçün yeni təhlükəsizlik arxitekturasının yaradılmasının və daha çox Almaniya və Avropa maraqlarına yönəlmiş praqmatik xarici siyasətin həyata keçirilməsinin tərəfdarıdır.

“Tezadlar” xəbər verir ki, o, bunu Almaniya səfirlərinin ölkə XİN-də keçirilən konfransında deyib.

“Qarşımızda prinsipial, demək olar ki, tarixi vəzifələr durur – hər şey yaxşı olsa, bir neçə onillik ərzində etibarlı şəkildə mövcud olacaq yeni təhlükəsizlik arxitekturası yaratmaq”, – F.Merts bəyan edib.

Kansler iddia edib ki, “ABŞ ilə münasibətlər dəyişir”, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi qurumlar isə işləmir. “Biz etiraf etməliyik ki, məsələn, ÜTT hazırda fəaliyyət göstərmir və artıq əvvəlki rolunu yerinə yetirə bilmir”, – o bildirib və bu kontekstdə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının tərəfdarı olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!