Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünyada qida çatışmazlığından əziyyət çəkən insanların sayı 2030-cu ilə qədər təxminən 512 milyon olacaq.
Tezadlar.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Rusiya ilə əlaqələr şöbəsinin direktoru Oleq Kobyakov Şərq İqtisadi Forumunun (ŞİF) “BMT-nin 2030-cu ildən sonrakı İnkişaf Gündəliyi” sessiyasında deyib.
“Gələcəkdə dünyada az qidalanan insanların sayının azalacağı gözlənilir, lakin hələ də, bizim proqnozlarımıza görə, 2030-cu ildə bu, hələ də təxminən 512 milyon insan olacaq, onların 60%-i Afrikada yaşayacaq”, – deyə bildirib.
ŞİF nümayəndəsi, həmçinin bildirib ki, dünyada 2,3 milyarddan çox insan hələ də orta və ya ağır dərəcədə qida çatışmazlığı ilə üzləşir və sağlam qida ala bilməyən insanların sayı 2,6 milyard nəfərdir.
Onun sözlərinə görə, qida çatışmazlığı ilə mübarizədə irəliləyiş kifayət qədər deyil.
Belə ki, uşaqlar arasında böy artımında geri qalmanın miqyası azalmır və 15-49 yaş arası qadınlarda anemiyanın səviyyəsi son illərdə 27%-dən 30%-ə yüksəlmişdir. 2020-ci ildən ərzaq inflyasiyası 4 dəfə artıb – illik ifadədə 6%-dən 24%-ə. Bu, ən çox aşağı gəlirli ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib.
Kobyakov qeyd edib ki, aclığın tam aradan qaldırılması yalnız qlobal birliyin səyləri birləşdirildikdə mümkündür.
JASMİN