Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Xədicə Abbasova hələ on yaşı olanda, məşhur bəstəkar Emin Sabitoğlunun “Dərələr” mahnısını eşidib, çox sevir. Bir gün gözlənilmədən Mahnı teatrında Emin Sabitoğlu ilə rastlaşır. Emin Sabitoğlu Xədicə ilə rastlaşanda, onun yanındaca Rəşid Behbudova deyir ki, “Bu müğənniyə oxşamayan, qara-qura qızı hardan tapmısız?”. Emin müğənniyə bənzəmədiyini deyən qızla, illər sonra 1979-cu ildə vətəndən çox-çox uzaqlarda İsveçdə görüşür.
Axşam konsertlərinin birində Emin Sabitoğlu Xədicəyə yaxınlaşır, Xədicə isə qəsdən onu tanımadığını deyir. Ətrafda olan hər kəs təəccüblənir ki, Emin Sabitoğlunu necə tanımamaq olar. Daha sonra Xədicə deyir, hə, siz mənə qara-qura qız deyən Emin Sabitoğlusunuz. Emin Sabitoğlu isə ona deyir, “1-1”.
Bir neçə il sonra Xədicə Abbasova “Səhər görüşləri” adlı bir verilişdə Emin Sabitoğlunun bəstələdiyi “Payız gəldi” mahnısını ifa edir. Bu mahnını oxuyandan sonra Xədicə bir gecəyə məşhurlaşır və Emin Sabitoğlu ilə daha sıx çalışaraq “Gəmiçi qardaş”, “Sıravi Əhməd”, “Hacıkəndə gedən yollar”, “Gecə yağışı”, “Mən sizə gələcəm”, “Çiçək yağışı”, “Aman ayrılıq”, “Güllər” adlı mahnıları oxuyur.
80-ci illərdə Emin Sabitoğlu Xədicəyə evlənmək təklif edir. Emin Sabitoğlunu Mərkəzi Komitəyə çağırıb deyirlər ki, ya Xədicə, ya partiya bileti. O da bileti qaytarır…
Anar Tağıyev,
tədqiqatçı