11 Sentyabr 2025 / 06:35

Melaniya Tramp Çarli Kirkin qətlini belə şərh edib

ABŞ-ın birinci xanımı Melaniya Tramp mühafizəkar fəal Çarli Kirkin öldürülməsinə münasibət bildirib.

Tezadlar.az-ın məlumatına görə, o, sosial şəbəkədə yazıb ki, faciədən sonra övladları “xatirə əvəzinə hekayələrlə, gülmək əvəzinə fotolarla, ata səsi yerinə susmaqla” böyüyəcəklər.

“Çarli Kirkin həyatı mərhəmətli şüurun ailəni, məhəbbəti və ölkəni yüksəltdiyini simvolik xatırlatmalıdır”, – nəşr yazır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!