7 Aprel 2022 / 05:00

PUTİN HƏRBİ AVİASİYANI NİYƏ BELORUSDAN RUSİYA ƏRAZİSİNƏ DAŞIYIR?

Rusiya helikopterlərinin və qırıcıların bir qismi Belarusdan Rusiyanın Bryansk vilayətindəki Sesça aerodromuna köçürülüb.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, hərbi helikopterlər, qırıcılar, AN-124 və İL-76 təyyarələri indi Seşedə yerləşir. Bunu aprelin 6-na aid peykdən çəkilmiş, “Sxemlər”i olan görüntü də sübut edir. Aerodromda, xüsusən də 19 qırıcı, ən azı 20 hərbi helikopter görmək olar. Eləcə də orada daimi olan AN-124 və İL-76 hərbi-nəqliyyat təyyarələri də var…

Məlumatda qeyd edilir ki, aprelin 3-dən etibarən Rusiyanın Mi-8, Mi-26 və Ka-52 helikopterlərinin bir hissəsi Belarusun Minsk şəhəri yaxınlığındakı Maçulişi hava limanından Seşça istiqamətində havaya qalxıb. Martın 28-də isə Maçulişçi hava limanının bir hissəsinin peyk görüntüsündə bu helikopterləri həqiqətən görmək olardı.

Mayın 9-da isə Rusiya ənənəvi olaraq Faşizm üzərində qələbə paradına hazırlaşır. Ukraynada apardığı işğalçı müharibəsi ilə özünə də güclü hərbi-iqtisadi və siyasi bataqlıq yaratmış Rusiyanın siyasi rəhbərliyi bu Paradda Faşizmin törətdiyi bəşəri bəlalardan necə danışacaq, bu maraqlıdır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!