11 Sentyabr 2025 / 17:20

Ukraynanın təhlükəsizlik zəmanəti tapıldı

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ölkənin təhlükəsizliyinin əsas zəmanətidir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bunu Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında Stubbi bildirib. Sitat: “Ən güclü təhlükəsizlik zəmanəti və Rusiyanın strateji məğlubiyyətinin ən güclü nümunəsi Ukraynanın Aİ-yə üzvlüyüdür. Mənim fikrimcə, bu, göründüyündən daha tez baş verəcək. Əgər biz Rusiya Prezidenti Vladimir Putinin məğlubiyyətini istəyiriksə, Ukraynanın tamamilə avropalı olması lazımdır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!