11 Sentyabr 2025 / 21:56

“ADY Əmlak”ın direktoru dəyişdi – vəzifə Əkbər Mədətliyə həvalə olundu

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Əmlak” MMC-nin direktoru Elçin Niyazov vəzifəsindən azad edilib.

“Tezadlar” xəbər verir ki, şirkətə rəhbərlik Əkbər Mədətliyə həvalə olunub.

O, yaxın aylara qədər “ADY Ekspress” MMC-nin, ondan əvvəl isə “ADY Konteyner”in direktoru olub. E. Niyazov isə azad edildiyi vəzifəyə 2 il bundan əvvəl təyin olunub, bundan əvvəl isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lərin direktoru işləyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!