11 Sentyabr 2025 / 22:35

16 yaşlı qıza qarşı zorakılıq: dörd rayon sakini barəsində həbs qətimkan tədbiri seçildi

Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən dörd nəfər 3 aylıq həbs edilib.

“Tezadlar”ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib.

Zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!