11 Sentyabr 2025 / 22:50

İsveç Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırdı

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın krallıqdakı səfirini çağırıb.

“Tezadlar”ın xəbərinə görə, bu barədə xarici siyasət idarəsinin press-relizində bildirilib.

“Bu gün, sentyabrın 11-də İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini çağırıb. Bu, Rusiyanın sentyabrın 10-da Polşanın hava məkanını pozmasına etiraz olaraq edilib”, – məlumatda deyilir.

Xatırladaq ki, sentyabrın 10-da Polşa ordusunun operativ komandanlığı ölkənin hava məkanını pozan bir neçə PUA-nın məhv edildiyini açıqlamışdı. Baş nazir Donald Tuskun sözlərinə görə, gecə ərzində hava məkanı pozuntusu ilə bağlı 19 fakt qeydə alınıb. Onun sözlərinə görə, bütün PUA-lar Belarus ərazisindən uçurmuş. İnsident ilə əlaqədar NATO Polşanın tələbi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!