Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Braziliya keçmiş prezident Jair Bolsonaroya qarşı çıxarılan təqsirli hökmdən sonra ABŞ-ın mümkün sanksiyalarından qorxmur.
Tezadlar.az xəbər verir ki, bunu Braziliyanın hazırkı lideri Luis İnasio Lula da Silva Band telekanalına müsahibəsində deyib.
“Heç bir narahatlıq yoxdur. Qorxmuram. Bir ölkənin prezidenti digər suveren dövlətin qərarlarına qarışa bilməz. Əgər hər hansı bir addım atmaq qərarına gəlsə, bu, tək onun problemi olacaq”, – o deyib.
Onun sözlərinə görə, Bolsonaronun çevriliş planlaşdırdığına şübhə yoxdur. Lula da Silva qeyd edib ki, Bolsonaronun səlahiyyət müddəti ərzində ölkənin “demokratik təsisatlarını gözdən salıb”.
Bolsonaro daha əvvəl çevriliş işində həbs cəzasına məhkum edilmişdi. Ali Federal Məhkəmə Bolsonaronu dövlət çevrilişinə cəhddə təqsirli bilib və 27 il 3 ay həbs cəzasına məhkum edib.
E.ŞİRİNOV