12 Sentyabr 2025 / 13:12

Xalq artisti Sərdar Fərəcovun vəziyyəti orta ağır olaraq qalır

Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Bu barədə tezadlar.az-a  TƏBİB-dən məlumat verilib. Sitat: “Kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”.

Xatırladaq ki, bu ilin sentyabrın 5-də səhhəti qəfil pisləşən Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Allah şəfa versin.

Xalq artisti Sərdar Fərəcov ardıcıl olaraq Muğam Müsabiqəsinin münsiflər heyyətində təmsil olunurdu.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!