7 Aprel 2022 / 18:09

ALİ MƏHKƏMƏ PARLAMENTİN BURAXILMASI QƏRARINI LƏĞV ETDİ

Pakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılmasını və Baş nazir İmran Xana etimadsızlıq səsverməsinin ləğvini qeyri-konstitusion adlandırıb.

Bu barədə Geo-TV telekanalı məlumat yayıb.

Baş hakimlər Milli Assambleyaya İmran Xana etimadsızlıq səsverməsi üçün aprelin 9-da iclas çağırmağı tapşırıblar.

Milli Assambleya aprelin 3-də baş nazirin müraciətindən sonra prezident Arif Alvinin qərarı ilə buraxılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!