Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dronların əksəriyyəti Rostov vilayəti üzərində vurulub
Hava hücumundan müdafiə vasitələri bir gecədə Rusiya regionları üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 42 pilotsuz təyyarəni vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə sentyabrın 13-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Moskva vaxtı ilə sentyabrın 12-si saat 23:00-dan 13 sentyabr saat 06:00-a kimi növbətçi hava hücumundan müdafiə vasitələri Ukraynaya məxsus 42 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv ediblər”, – deyə hərbi idarənin Telegram kanalı məlumat yayıb.
Müdafiə Nazirliyi bildirir ki, hava hücumundan müdafiə qüvvələri Rostov vilayətində 15 pilotsuz uçan aparatı vurub, Belqorod vilayətində 12 Ukrayna pilotsuz təyyarəsini, Volqoqrad vilayətində isə daha 10 PUA-nı məhv edib.
Bundan əlavə, Krım Respublikası üzərində iki, Kaluqa, Kursk və Smolensk vilayətləri üzərində isə bir pilotsuz təyyarə vurulub.
Bundan əvvəl məlum olub ki, Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus Su-27 qırıcı təyyarəsini vurub.
E.ŞİRİNOV